Dünya

İrəvanda 165 nəfər tutuldu - YENİLƏNİB

30 İyul 2016 12:22
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:22

İrəvanda polis alayını tutan silahlılara dəstək olaraq keçirilin mitinqin dağıdılması nəticəsində 165 nəfər saxlanılıb.

Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.

Saxlanılanlar arasında "İrs" müxalifət partiyasının sədr müavini Armen Martirosyan da var.

Qeyd edək ki, ötən gecə İrəvanda polis post-patrul alayının binası yaxınlığında keçirilən mitinq təhlükəsizlik gücləri tərəfindən zorakılıqla dağıdılıb. Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytayan polislə toqquşma zamanı yaralanan etirazçıların sayının 60-a çatdığını bildirib.

Məlumata görə, "Azadlıq" radiostansiyasının erməni xidmətinin jurnalistləri də döyülüb. Radiostansiyadan bildirilib ki, onları mülki geyimdə olan insanlar döyüblər.

-----------

07:27

İrəvanda iyulun 30-a keçən gecə baş vermiş iğtişaşlar zamanı 100-dən çox etirazçı həbs olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib.
 
Bununla belə A.Aqaronyan bildirib ki, polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.