Dünya

"Fətullah Gülənin itiyəm" deyən professor PEŞMAN OLUB

29 İyul 2016 22:38
2 Şərh     Baxış: 3 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədəki Atatürk Universitetinin mühəndislik fakultəsinin sabiq müəllimi, professor Sabri Çolak "Mən Fəthullah Gülənin itiyəm" ifadəsi ilə tanınırdı.
O, iyulun 15-dəki dövlət çevrilişinə cəhddən sonra saxlanılıb.
Milli.Az DHA-ya istinadən bildirir ki, Ərzurum Cumhuriyyət Prokurorluğunda verdiyi ifadəsində S.Çolak "Fəthullah Gülənə olan sayğım və sevgim bitdi, peşmanam" deyib.
S.Çolak "nurçular" arasında nüfuzlu şəxsdir və "Abi" ("böyük qardaş") ləqəbi ilə tanınır.
İndisə "nurçu" professor mövqeyini dəyişdiyini söyləyir.
"İyulun 15-dəki qanlı hadisələr məni çox sarsıtdı. Fəthullah Gülən sevdiyim, sayğı duyduğum insan idi. İndisə o sevgi bitib. Ona qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilərs, Gülənə mümkün qədər çox zərər verməyə çalışacağam. O adam gözümdən düşüb. Onun hərəkatına sadəcə, rəğbət bəsləmişəm. Pul toplamamışam, qurumlarına yradım etməmişəm. 2013-cü ildə bir dostumla ABŞ-a yollandım, Pensilvaniyad Fəthullah Gülənlə görüşdüm. Amma heç yerdə "Gülənin itiyəm" demədim. İftiradır", - S.Çolak deyib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.