Dünya

İranda bığlı-saqqallı kişilər hicab bağlayır - FOTO

29 İyul 2016 20:22
37 Şərh     Baxış: 14 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The İndependent" yazır ki, İranda kişilər ölkə qadınları ilə həmrəylik jesti olaraq hicablanmağa başlayıblar.
Onların fikrincə, İran qanunlarına görə qadınların ictimai yerlərdə yalnız baş örtüyü ilə görünməyə məcbur edilməsi cəmiyyətdə qadın-kişi bərabərsizliyinə səbəb olub. Məqalədə deyilir ki, 1979-cu ildə baş vermiş İslam İnqilabından bəri qadınların baş örtüyü icbari sayılır və hicaba riayət edilməsinə "əxlaq polisi" nəzarət edir. İran şəhərlərinin küçələrində asılmış lövhələrdə "düzgün hicablanmayan" qadınlar rüsvay edilr. İran qadınlarına təlqin edilir ki, hicab qaydalarına düzgün əməl edilməməsi onları lüzumsuz seksual qısnamalara düçar edə bilər.

Hicab müqaviməti

Milli.Az BBC-yə istinadən bildirir ki, bütün bunlara baxmayaraq, hazırda İranda qadınların baş örtüyünə müqaviməti geniş vüsət alıb və onlar özlərini baş örtüyündən xilas etmək üçün başlarını daz qırxdırırlar. Məqalədə deyilir ki, ötən həftə ərzində hicablanmış İran kişilərinin fotoları yayılıb. Bu şəkillərdə onların yanında arvadları və ya hər hansı qadın qohumları var. Əksinə, bu fotolarda qadınlar başlarını örtməyiblər. Fotolar New York-da yaşayan iranlı jurnalist və fəal Məsih Əlinejadın təşəbbüsü ilə çəkilib. Əlinejad İranda icbari hicaba qarşı kampaniya aparır. Xanım Əlinejadın apardığı kampaniya "Mənim oğrun azadlığım" adlanır. Bu kampaniya çərçivəsində İran qadınları hicabsız şəkillərini sosial mediada paylaşırlar. İranlı kişilər Əlinejadın təşəbbüsü ilə yaradılmış #meninhijab heşteqinə hicabsız fotolarını göndərirlər. "The İndependent" yazır ki, xanım Əlinejadın 22 iyulda etdiyi çağırışa cavab olaraq 30-dək kişi özlərinin hicablı fotolarını İnstagramda dərc ediblər. Məqalədə deyilir ki, bu kişilərin əksəriyyəti İranda yaşayır. Məsih Əlinejad "The İndependent" qəzetinə deyib ki, kişilər İranda qadınları başıbağlı görməyə adət ediblər, lakin icbari hicab yüz minlərlə qadın üçün ləyaqətin təhqiridir.

Əmiqızının hicabı

Jurnalist bildirib ki, kişilər bu təşəbbüsə qoşularaq qadınlarla misilsiz həmrəylik nümayiş etdiriblər. "The İndependent" yazır ki, bir kişi əmisi qızının baş örtüyündə şəkil çəkdirib. "Mən əmiqızlarımın hicabını geyinəndə onlar mənə gülməyə başladılar. Mən hicabda bu qədər gülməlimi görünürəm? - yazır həmin şəxs, - Hökumət bizi bir parça qara əski ilə hipnoz edib. Onlar bizi inandırmağa çalışırlar ki, hicab bu ölkədə ən vacib məsələlərdən biridir". Başqa bir kişi isə anasının rübəndi ilə üzünü örtəndən sonra yazır ki, qadınların nələr çəkdiyini indi başa düşüb. O deyir ki, anası qızmar yay günlərində hicab geyinəndə, kişi azadlığının qiymətini başa düşüb. "İndi anam vəfat edib və onun paltarları qalıb. Mən onu Xuzistanın qızmar günlərində mağazaya getmək üçün bu isti paltarları geyindiyini ürək ağrısı ilə xatırlayıram" - yazır həmin kişi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.