Dünya

İrəvanda döyüş gedir

29 İyul 2016 18:40
0 Şərh     Baxış: 1 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda PPX bölməsini zəbt edən "Sasna tsrer" qrupunun üzvü, "tənha canavar" ləqəbli Araik Handoyan yaralanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumatı "Təsisçi parlament" yayıb.

"Sasna tsrer"in üzvü Varujan Avetisyan bildirib ki, Handoyan ayağından yaralanıb. Onun sözlərinə görə, Handoyan "pilotsuzdan nəyin düşdüyünə baxmaq üçün yaxınlaşıb, bu zaman onu snayper yaralayıb".

Eyni zamanda qiyamçıların liderlərindən biri Varujan Avetisyan jurnalistlərlə əlaqəyə girərək bildirib ki, zəbt edilən polis bölməsinin ərazisinə naməlum predmetlər atılır.

Polisdə bu məluamtlar təsdiqlənib. Qeyd edilib ki, "hüquq-mühafizə orqanlarının tələblərinə zidd olaraq PPX bölməsində atəşlər eşidilib, polislər cavab atəşi açıblar, nəticədə atəş açanlardan biri Araik Handoyan yaralanıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.