Dünya

243 Rusiya şirkətinin fəaliyyətinə qadağa qoyuldu

29 İyul 2016 15:41
1 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada 243 Rusiya şirkətinin xarici iqtisadi fəaliyyətinə qadağa qoyulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, qərarın qəbul edilməsinə səbəb bu müəssisələrin Donbas regionunda yerləşən kommersiya strukturları ilə əməkdaşlıq etməsidir. Qeyd olunur ki, bu şirkətlərin əksəriyyəti eyni zamanda Ukrayna ilə qanuni əsaslarla əməkdaşlıq edir.
 
Ukrayna Təhlükəsizlik Xidməti artıq İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müvafiq materialları təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.