Dünya

Jef Bezos artıq dünyanın üçüncü varlı adamıdır

29 İyul 2016 15:36
0 Şərh     Baxış: 1 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektron ticarət nəhəngi "Amazon"un təsisçisi və icraçı direktoru Jef Bezos şəxsi sərvətini 65 milyard dollara yüksəldərək dünyanın üçüncü varlı adamı olub. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkətin gəlirləri və səhmlərində müşahidə edilən artım Jef Bezosu "Forbes" jurnalının dünyanın ən varlı adamları siyahısına qaldırıb. 

Bezosun şəxsi sərvəti bir gündə 1,3 milyard dollar artımla 65,3 milyard dollara qalxıb. Bezos beləcə məhşur investor Warren Buffetti geri qoyub. 

"Forbes"in siyahısında ilk yerdə 78 milyard dollar sərvəti ilə "Microsoft"un qurucusu Bill Qeyts, ikinci yerdə isə 73,1 milyard dollar sərvəti ilə "Zara" şirkətinin təsisçisi Amancio Ortega yer alıb.

"Amazon"un gəlirləri ikinci rübdə ötən ilin anoloji dövrü ilə müqayisədə 31% artımla 30,4 milyard dollara yüksəlib. Şirkətin mənfəəti isə 92 milyon dollardan 857 milyon dollara qalxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.