Dünya

Böyük qətliam qapıda: 300 min insan məhv olacaq - VİDEO - FOTO

29 İyul 2016 14:22
3 Şərh     Baxış: 5 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç yüz mindən çox vətəndaşın ölüm-dirim mübarizəsi verdiyi Suriyanın ən böyük şəhərlərindən olan Hələbdə bütün ərzaq anbarları tükənib.

Milli.Az publika.az-a istinadən bildirir ki, iyirmi gündən çoxdur çörək, su və tibbi yardımlar daxil olmayan şəhərdəki yüz minlərlə insanı böyük bir fəlakət gözləyir.
 
Şəhər hazırda tamamilə mühasirə vəziyyətindədir. Hazırda şəhərdə Rusiya və Suriya hava qüvvələrinin bombardmanları davam edir.
 
Mühasirəni və gözlənilən prosesləri şərh edən Suriya Müxalif və İnqilabi Güclər Koalisiyasının başçısı Enes Abdi yüz minlərlə insanın dünyanın gözü qarşısında fəlakətə məhkum edildiyini deyib.
 
"Hələb həmişə inqilabın lokomotivi oldu. Türkiyədə hərbi çevrilişə cəhd edildiyi günlərdə bütün gücləri bu əhəmiyyətli mərkəzin ələ keçirilməsi üçün hücuma başladılar. Şeken Şebabi, Leyramon və Beni Zeyd bölgələrini ələ keçirən rejim Handaratda yerləşən güclərlə əlaqəni təmin edərək şəhəri tamamilə mühasirə altına alıb. İyirmi gündən çoxdur ki, Kastillo dəhlizi təhlükəli olduğu üçün şəhərə yardım edilmir. Şəhər mərkəzinin hələ də 55 faizlik hissəsi müxalifətdədir və burada 50 min ailə yaşayır. Anbarlarda ərzaq tükənib və həyati əhəmiyyət daşıyan istehlak məhsulları astronomik qiymətlərə satılmağa başlanıb", - o, deyib.
 
Abdi Hələbin qətliamın ən qorxunc nəticələrinə səhnə olacağını vurğulayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Böyük qətliam qapıda: 300 min insan məhv olacaq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.