Dünya

Rusiya qırıcısı niyə vuruldu? – ŞOK İDDİA

29 İyul 2016 13:35
4 Şərh     Baxış: 3 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

24 noyabrda Rusiyaya məxsus Su-24 qırıcısı vurularkən Türkiyənin F-16-ları ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən yönləndirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) keçmiş sədr müavini Villi Vimmer çıxış edib.
 
Onun sözlərinə görə, hadisədən öncə sözügedən dövlətlər koordinatları pilotlara ötürüb:
 
"Hadisə zamanı bir ABŞ və bir Səudiyyə Ərəbistanı təyyarəsi havaya qalxıb. Rusiya bombardmançı təyyarəsini belə asanlıqla vurmaq olmaz, bunun üçün qırıcı hədəfə yönləndirilməlidir. Bunu da yalnız havaya qalxan digər təyyarələr vasitəsi ilə etmək olar.
 
ABŞ təyyarəsi Kiprdən havaya qalxıb, digəri isə Səudiyyə Ərəbistanından. Bir təyyarənin hava sərhədini pozması zamanı hansı nəticələrə gətirib çıxara biləcəyini tənzimləyən NATO qaydaları var. Rusiya bombardmançısını vurdular, çünki onu vurmaq istədilər.
 
Bir hadisə beynəlxalq qaydalara tabe olmadan həyata keçirilirsə, deməli, orada siyasi maraqlar var. Böyük ehtimalla Türkiyənin Rusiya ilə münasibətini pozmaq üçün bunu etdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.