Dünya

Türkiyədə çevrilişdəki 1 dollar şifrəsinin sirri - VİDEO

29 İyul 2016 13:01
0 Şərh     Baxış: 4 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd hadisəsində diqqət çəkən məqamlardan biri də qiyamçıların üzərindən tapılan 1 dollarlıq əskinazdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu əskinazın qiyamçılar arasında şifrə rolunu oynamasının səbəbi barədə bir neçə versiya irəli sürülür.
 
Onlardan bir neçəsini təqdim edirik:
 
1. Ən güclü və daha geniş yayılmış versiya 1 dolların üzərindəki mason simvolları ilə bağlıdır. Dolların arxasında piramida və göz şəkli (məşhur mason simvolu) bu prosesdə FETÖ şəbəkəsini və Güləni simvollaşdırıb.
 
2. 1 dolların üzərində ABŞ-ın qurucusu Corc Vaşinqtonun şəkli var. Bəzi iddialara görə, bu simvolla qiyamçılar "Yeni Türkiyə"ni nəzərdə tutublar. 
 
3. FETÖ-çulərin üzərindən məhz ABŞ-ın milli valyutası olan dolların çıxması 15 iyul hərbi çevrilişinə cəhdin ABŞ-dan, hazırda Pensilvaniyada yaşayan Fətullah Gülən tərəfindən idarə edildiyini simvollaşdırıb.
 
4. Məxfi saxlanılan əməliyyat zamanı əməliyyatçıların bir-birini tanımaması əsas şərtlərdən sayılır. Bu baxımdan FETÖ-çular yalnız prosesin başladığı anda bir-birini tanıması üçün bu simvolları özündə daşıyan, ABŞ-dan kənarda işləkliyi olmayan bir əskinazdan istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.