Dünya

ABŞ-dan hərbi çevrilişlə bağlı YENİ AÇIQLAMA: "Gülənin qaytarılması..."

29 İyul 2016 11:43
1 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın Türkiyədəki qanlı çevriliş cəhdinin arxasında olduğuna dair söylənənlərə reaksiya verərək deyib: "Türkiyə təkcə bir müttəfiq deyil, eyni zamanda, dostdur". 

Milli.Az musavat.com-a istinadən bildirir ki, Kirbi günlük brifinqdə ABŞ-ın Pensilvaniya ştatında yaşayan və Türkiyədə 15 iyulda hərbi qiyam cəhdini təşkil etməkdə ittiham olunan Fətullah Gülən barədə də danışıb. 
 
Kirbi deyib ki, Türkiyədəki hərbi çevriliş cəhdinin ABŞ-la bağlılığı yoxdur. F.Gülənin Türkiyəyə verilməsi məsələsinə toxunan Kirbi bildirib: "Biz Gülənin qaytarılması haqqında mütəmadi olaraq danışırıq. Bu dəlil-sübutlardan asılı olan bir durumdur".
 
Kirbi deyib ki, bu proses Dövlət Departamenti və Ədliyyə Nazirliyinin yurudiksiyası altındadır: "Daha əvvəl dediyim kimi, bəzi sənədlər bizə çatıb və hazırda analiz edilir. Bu mövzuda yenilik yoxdur".
 
Dövlət Departamentinin sözçüsü onu da deyib ki, Türkiyə hökuməti çevriliş cəhdini sona qədər araşdırmalıdır və çevriliş cəhdi edənləri məsuliyyətə cəlb etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.