Dünya

Türkiyədə Gülən tərəfdarlarının mənzillərində kütləvi axtarış başlandı

29 İyul 2016 11:34
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Fəthullah Gülən hərəkatının tərəfdarlarının evlərində kütləvi axtarış başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İzmir vilayətində Gülən tərəfdarlarına aid 250 mənzildə axtarış aparılıb, nəticədə 150-dən çox nəfər saxlanılıb.

Bu cür axtarışlar Türkiyənin digər vilayətlərində də aparılacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.