Dünya

FETÖ-çüləri maliyyələşdirən iri holdinq rəhbərləri qandallandı

29 İyul 2016 11:24
0 Şərh     Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kayseri vilayətində Boydak Holding-in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb.

Milli.Az bu barədə Trend-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, həmçinin holdinqin İdarə Heyətinin üzvü Şükrü Boydak da saxlanılıb.

Hazırda saxlanılanların yaşayış yeri üzrə axtarışlar aparılır.

Məlumata görə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanlılıblar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.