Dünya

Çin dənizində mavi dəlik tapıldı - VİDEO

29 İyul 2016 08:41
0 Şərh     Baxış: 2 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli tədqiqatçılar Cənubi Çin dənizində yerləşən Parasel adası sularında mavi dəlik aşkar ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Çinin CCTV telekanalına istinadən "The Telegraph" məlumat yayıb.
Sualtı robot və dərinlik ölçən cihaz vasitəsi ilə əldə olunan məlumatlar göstərib ki, çinlilər tərəfindən "Mavi Önle dəliyi" adlandırılan dəliyin dərinliyi təqribən 300 metr təşkil edir. Bu, onu indiyədək aşkar olunan mavi dəliklərdən ən dərini edir.
Robot suda temperaturu, duzluluğu və oksigeni ölçə bilib. Məlum olub ki, dəlikdə 100 metrdən sonra oksigen artıq yoxdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çin dənizində mavi dəlik tapıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.