Dünya

İranda velosiped sürən qadınlar tutuldu

28 İyul 2016 22:51
7 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Merivana şəhərinin  şimal-qərb hissəsində velosiped sürən bir qrup qadın həbs edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, polis bəyan edib ki, hökumətin yeni göstərişi qadınların ictimai yerdə velosiped sürməsini qadağan edir. Bunu yalnız xüsusi qadın parklarında etmək olar.
 
Saxlanılanlardan bir daha ictimai yerdə velosiped sürməyəcəkləır haqda yazılı iltizam alınıb. Saxlanılan qadınların sayı isə açıqlanmır.
 
İranın müqavimət milli komitəsinin saytında qeyd edilir ki, 2016-cı ilin may ayından şəhər küçələrində qadınların velosipedlə hərəkətinə qadağanı əks etdirən xüsusi nişanlar qoyulub. Orada eləcə də yazılıb ki, qadınlar üçün xüsusi avtobuslar ayrılıb.
Qeyd edək ki, İranda qadınlar uzun illərdir metroda ayrıca vaqonlara otura bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.