Dünya

İrəvanda etiraz yürüşü başlayıb - YENİLƏNİB - FOTO

28 İyul 2016 23:11
1 Şərh     Baxış: 2 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:11

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının üzvləri prezident administrasiyasınadək yürüş keçirməyi qərara alıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mitinqə tərkibi genişləndirilmiş etiraz aksiyalarının keçirilməsi üzrə Koordinasiya Şurası rəhbərlik edir.
 
Bu arada İrəvanda yürüşə mane ola biləcək güclü yağış yağmağa başlayıb.   
 
Bundan əvvəl təşkil olunan  yürüşlər silahlı qrupun ələ keçirdiyi polis alayının binası istiqamətində keçirilib.

22:36

Yerevanda növbəti etiraz aksiyası keçirilir, iştirakçıları prezident iqamətgahına doğru hərəkət edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yerevanda müxalifətçilərin yürüşü başlayıb.

Şiddətli yağışa baxmayaraq, etiraz aksiyasının iştirakçıları prezident iqamətgahı yerləşən Baqramyan küçəsinə doğru hərəkət edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.