Dünya

Gürcüstanın müdafiə naziri istefa verdi

28 İyul 2016 19:37
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az oxu.az-a istinadən bildirir ki, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tutduğu vəzifədən istefası barədə ölkənin baş naziri Georgi Kvirikaşviliyə müraciət ünvanlayıb.

"Bu gün müdafiə naziri Tinatin Xidaşeli baş nazir Georgi Kvirikaşviliyə müraciət edərək avqust ayının 1-dən onu tutduğu vəzifədən azad etməsini xahiş edib", - agentlik Gürcüstan Müdafiə nazirliyinin ictimai əlaqələr və KİV üzrə xidmətinin rəhbəri Tamuna Kaçitadzenin sözlərini sitat gətirir.

Nəşr qeyd edir ki, hələlik Xidaşelinin müraciətinə heç bir rəy verilməyib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.