Dünya

"Türkiyə yerlə-yeksan ediləcəkdi"

28 İyul 2016 14:12
0 Şərh     Baxış: 2 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fəthullahçı Terror Təşkilatı"nının (FETÖ) hərbi çevrilişə cəhdini araşdıran Ankara Respublika Baş Prokurorluğu qiyamçı pilot Murad Bolatdan aldığı ifadədə şok detallar yer alıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, pilot prezident Rəcəb Tayyib Ərdoğanı ələ keçirə bilməyəcəyi halda hava qüvvələrinin ölkəni yerlə-yeksan etməyi planlaşdırdığını deyib.
 
"1-16 iyul tarixləri üçün icazəli idim. Alay komandirinin köməkçisi H.G. israrla geri dönməyimi istədi. 13 iyulda işə getdim. "Məsələ nədir? Qiyammı edirsiniz?" dedim, "Elədir" dedilər", - o, vurğulayıb.
 
Onun sözlərinə görə, hərbi çevriliş cəhdindən bir gün əvvəl bir araya gəliblər. Murad Bolat prezidentin İstanbulda ələ keçirilməsinin planlaşdırıldığını, amma Ərdoğan Marmarisə getdiyi üçün planın pozulduğunu deyib.
 
"Plana görə İstanbulda prezidenti SAT komandoları tutmalı idi və bunun üçün qrupun tərkibi də müəyyən edilmişdi. Prezident Marmarisə getdiyi üçün plan dəyişsə də, bu qrup dəyişməmişdi. Səksən-doxsan nəfərlik bir qrupla prezidenti oteldə ələ keçirərək Çiğliyə gətirəcəklərini söylədilər. MİT rəhbəri Hakan Fidan MİT mənzillərindəki villasından götürülməli idi. "Bu qiyamın başında kim və ya kimlər var?" deyə soruşdum, "Baş qərargah başçısı bu işin başındadır" cavabı verdilər. Mənə prezident ələ keçirə bilməyəcəkləri halda hava qüvvələrinin ölkəni yerlə-yeksan edəcəklərini söylədilər", - pilot ifadəsində bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.