Dünya

"Əsəd Moskvaya gizli səfər etməyib" - YENİLƏNİB

28 İyul 2016 15:20
0 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya prezidenti Bəşər Əsəd Moskvaya səfər etməyib.

15:20

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Peskovun sözlərinə görə, bu barədə mətbuatda yayılan informasiya həqiqətə uyğun deyil.

Qeyd edək ki, bundan öncə Livan mətbuatı Əsədin keçən ay Moskvaya səfər etdiyi haqqında informasiya yayıb. Mətbuat bu səfərin İsrail baş naziri Benyamin Netanyahunun Rusiya səfərindən bir neçə gün öncə baş tutduğunu bildirib. 

-----------

13:40

Suriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində gizli şəkildə Moskvaya səfər edib. O, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə NEWSru Israel со Livanın "Əl-Cümhuriyyə" qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, səfərin əsas məqsədi avqustun əvvəlində ictimaiyyətə təqdim olunacaq Suriya üzrə Rusiya- ABŞ-ın birgə planıdır.

Nəşr xəbər verir ki, Əsəd Moskvaya İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl gəlib. Xatırladaq ki, Netanyahu və Putin iyunun 7-də görüşüb.

Qəzet yazır ki, Əsəd və Putin danışıqlar zamanı Suriya və İsrail arasında münaqişənin dinc yolla həll olunmasını da müzakirə ediblər. Bu, post-müharibə dövründə Suriyanın qurulması üzrə sazişə əlavə olunmalıdır. Bildirilir ki, Suriya-İsrail sülh nizamlanmasının əsasını XX əsrin 90-cı illərində ABŞ prezidenti Bill Klintonun irəli sürdüyü təkliflər təşkil etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.