Dünya

Gümrüdə nümayiş: insanlara atəş açırlar

28 İyul 2016 07:52
0 Şərh     Baxış: 1 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevandan sonra Gümrüdə də etirazlar başlayıb. Belə ki, bir neçə saat əvvəl təxminən 3 min adam kortəbii şəkildə şəhərin mərkəzinə toplaşıb.

Etirazçılar Yerevandakı qiyamçıları dəstəklədiklərini bildirirlər. Polis nümayişçilərin yolunu kəsməyə çalışır. Gərginlik son həddə çatıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, nümayişçilərin başı üzərində pilotsuz uçuş aparatı dövrə vurur. Artıq nümayişçilərə qarşı polisin odlu silahdan atəş açdığı barədə də xəbərlər gəlməkdədir.

Yerevandakı qiyamçılara dəstək mitinqində isə hakimiyyətə qarşı yeni tələblər irəli sürülüb.

"Biz polis tərəfindən saxlanılan bütün insanların azadlığa buraxılmasını, prezident Serj Sarkisyanın isə istefa verməsini tələb edirik", - deyə mitinq iştirakçılarından biri bildirib.

Polis isə zəbt olunmuş post-patrul alayının ətrafına əlavə qüvvələr cəlb edib.

Burada da nümayişçilərin başı üzərində pilotsuz uçuş aparatı dövrə vurur.

Polis isə bütün vasitələrlə mitinqi dağıtmaq istəyir. Bir az əvvəl podpolkovnik Ayvazyan irəli çıxıb onlardan küçəni boşaltmalarını tələb etdib. Amma cavabında nümayişçilər onu fitə basıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.