Dünya

​Saxalində 7 nəfər itkin düşüb

28 İyul 2016 08:08
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Saxalin adasının şimalında, dənizdə yeddi nəfər itkin düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, dənizdə itkin düşən balıqçıların axtarışları aparılır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yatydığı məlumata görə, yoxa çıxmış beş nəfərlik qayıqda yeddi nəfər olub.
"İlkin məlumata görə, itkin düşənlər qayıqda yeddi nəfər olublar. Onlardan beşi kişi, ikisi qadın imiş. Bundan əlavə, itkin düşmüş qrup üzvlərinin tam və ya qismən sərxoş vəziyyətdə olmaları haqda məlumatlar daxil olub" - deyə məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, bu gün axtarış işlərinə iki helikopter cəlb ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.