Dünya

Vaşinqtondan İŞİD xəbərdarlığı

28 İyul 2016 08:03
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşmasının başçıları bütün səylərini amerikalıların öz vətənlərində terror aktları törətməsinə sövq etməyə yönəldib.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə ABŞ-ın daxili  təhlükəsizlik naziri Cey Conson Amerikanın Aspen (Kolorado ştatı) şəhərində çıxışı bildirib.
O əmin olduğunu bildirib ki, terror qruplaşması səylərini ABŞ əhalisinin bu hücumları etməsinə gücləndirib. C. Conson bununla yanaşı vurğulayıb ki, İŞİD- in əsas məqsədi həm də insanların öz vətənlərində qalaraq terror aktları törətmələridir.
"Bu, İŞİD-ə ucuz və az təhlükəli başa gəlir. Əgər onlar sərhədlərimizə yaxın olsaydılar, ərazilərimizə kimisə göndərərdilər", - deyə nazir əlavə edib.
C.Conson bununla əlaqədar insanları sayıq olmağa nail olmağa çağırıb. Nazir deyib ki, İŞİD Avropa Birliyi ölkələri ilə bağlı başqa strategiyasını seçib.
"O ki qaldı Avropaya, orada vəziyyət bir qədər fərqlidir. Həmin ərazilər İraqa və Suriyaya daha yaxındır, orada vəziyyət başqa cürdür" - deyə nazir vurğulayıb .

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.