Dünya

Hakkaridə terror: 5 ölü, 11 yaralı

28 İyul 2016 11:23
1 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:23

PKK terrorçuları Türkiyənin Sirt və Hakkari bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı hücum təşkil edib. 

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, hücumlar zamanı 5 təhlükəsizlik işçisi şəhid olub, 1-i mülki vətəndaş olmaqla 11 nəfər yaralanıb. 

Məlumatlara görə, terrorçular əvvəlcə polis məntəqəsinin önündə yük avtomobilini partladıblar. Daha sonra isə iri çaplı silahlardan məntəqəni atəşə tutublar. Hücumdan sonra bölgədə geniş miqyaslı əməliyyat başlanıb. 

----------

08:15

Türkiyənin Hakkari vilayətində PKK terrorçularının polis nəzarət məntəqəsinə hücumu nəticəsində 2 təhlükəsizlik işçisi ölüb, 11 yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha bir hücumu Siirt vilayətində törədilib. Hücum nəticəsində üç nəfər həlak olub.

Bölgədə PKK terror təşkilatının mənsublarına qarşı xüsusi əməliyyata başlanılıb.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.