Dünya

Ermənilərin şərti: Sarkisyan getməlidir - YENİLƏNİB

28 İyul 2016 12:35
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:35

Ermənistanda prezident Serj Sarkisyanın istefa verməsi ilə bağlı səslər artır.

Publika.az xəbər verir ki, dünən axşam etiraz aksiyası keçirən nümayişçilər bu gün daha mütəşəkkil formada mitinq edəcəklər. 

Ermənistanda fəallardan biri "RİA Novosti"yə deyib ki, onlar Sarkisyanın istefasına qədər meydanlardan çəkilməyəcəklər.

"Hakimiyyət həbs etdiklərinin hamısını azad etməli və Serj Sarkisyan prezident postundan istefa verməlidir. O, istefa verənə qədər biz davam edəcəyik", - deyə o bildirib.
Ermənistan polisi silahlı qrupun tutduğu post-patrul alayının binası ətrafında yük maşınlarından sərhəd yaradıb.

Məlumatlara görə, nümayişçilər bəzi ərazilərdə barrikadalar qurub. Müəyyən qruplar bu gün axşam nəzərdə tutulan aksiyaya qədər barrikadaları yaratmaqla məşğuldur.

-----------

08:06

Yerevanda etiraz aksiyasının iştirakçıları hakimiyyətə bir sıra tələblər irəli sürüblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, polis binasını ələ keçirən silahlı qrupa dəstək məqsədi ilə təşkil edilən etiraz aksiyasının iştirakçıları polis tərəfindən saxlanılanların azad edilməsini tələb edirlər.

Onlar həmçinin prezident Serj Sarkisyandan istefa verməyi tələb edirlər.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.