Dünya

Məhhəmməd Əlinin oğlu ailəsini pula "satdı"

27 İyul 2016 17:42
2 Şərh     Baxış: 2 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişəndən sonra onun 80 milyon dollarlıq mirası 9 uşağı arasında bölünüb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, medianın diqqətini boksçunun ikinci evlliyindən olan oğlu 44 yaşlı kiçik Məhəmməd Əli çəkib. 

Məlumata görə, o, atasından qalan böyük mirası ələ keçirən kimi iki uşağını və arvadını atıb. Bundan sonra Çikaqonun lüks səmtində özünə yeni ev alıb. Kiçik Məhəmmədin ailəsini ataraq lüks həyat yaşaması insanların qınağına tuş gəlib. Onun varlandıqdan sonra ailəsini atması utancverici olay kimi qiymətləndirilir.

Mirasdan öncə boksçunun oğlu səfil həyatı sürürdü. O, 2004-cü ildən atasından yardım almırdı və Çikaqoda maddi sıxıntılar içində, kasıblar üçün çadırlarda yaşayırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.