Dünya

Məşhur iş adamının arvadı da həbs olundu - FOTO

27 İyul 2016 17:34
0 Şərh     Baxış: 2 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kayseridə Fethullahçı Terror Təşkilatının (FETÖ) əsas "imamları" saxlanılıb.

Milli.Az Türkiyə mediasına istinadən bildirir ki, Təhlükəsizlik Xidməti Qaçaqçılıq və Mütəşəkkil cinayətlərlə Mübarizə qruplarının ötən gün nəzarətə götürdüyü 13 şəxsdən biri olan "Boydan Holdinq" İdarə heyəti sədr müavini Şükrü Boydakın həyat yoldaşı Aliye Boydak da təslim olub. Uşakda şübhəli qismində tutulan iki qadın da Kayseriyə gətirilib.

Qeyd edək ki, FETÖ-nün bölgələrdəki məktəblərində müəllimlik edən və təşkilat adına düzənlənən tədbirlərdə pul yığdıqları müəyyən olunan mollalardan Abdullah C, Ali K, Halit Ş, İlhan C, Murat F, Tekin B, Yasin İ, Zəfər Ç, Bilal K, Məmməd Y, Murat T, Ömər A. və Yunus B. nəzarətə götürülmüşdü. Aliye Boydakın da aralarında olduğu 13 şübhəlinin tutulması üçün isə istintaq davam edirdi. Onların axtarışı zamanı təşkilata aid bir dollarlarlıq əskinaslar da tapılmışdı.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.