Dünya

Lotereyada ada qazandı

27 İyul 2016 16:06
1 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya sakini əsas mükafatı Kusaie tropik adası olan lotoreyanın qalibi olub.

Milli.Az report-a istinadən bildirir ki, adanı lotoreyaya "qoyanlar" Daq və Salli Baytslar olub. Onlar ötən əsrin 90-cı illərindən Kusaiedə yaşasalar da, nəvələrinə görə vətənlərinə - Avstraliyaya qayıtmaq qərarına gəliblər.
Uduşlu biletlərin qiyməti təxminən 50 Avstraliya dolları (36 ABŞ dolları) olub. Lotoreyada 50 mindən çox insan iştirak edib. Qalibin kimliyi tam bəlli deyil, yalnız onun adının Coşua olduğu məlumdur.

Baytsların dediyinə görə, onlar adalarını normal yolla satmaq istəməyib. Satışa maraq qatmaq istəyən cütlük oğulları Adamın ideyası əsasında lotoreya təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.