Dünya

"İrəvanda vəziyyət gərginləşə bilər" - ABŞ-dan XƏBƏRDARLIQ

27 İyul 2016 11:02
0 Şərh     Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanda baş verən hadisələrlə bağlı bu ölkədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, ABŞ diplomatik missiyası silahlı qruplaşmanın İrəvanda polis binasına nəzarəti davam etdirdiyini və şəhərdə vəziyyətin gərginləşə biləcəyinə dair məlumat yayıb. 

Bununla bağlı səfirlik ABŞ vətəndaşlarına nümayişlərin keçirildiyi, eləcə də insan izdihamının yaşandığı yerlərə getməkdən çəkinməyi tövsiyə edib.

Qeyd edək ki, ötən gün İrəvanda polislərlə qiyamçılar arasında atışma olub. Hadisə nəticəsində iki qurplaşma üzvü və bir polis əməkdaşı yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.