Dünya

Təcavüzkarlar xədim ediləcəklər: qanun qüvvəyə mindi

27 İyul 2016 10:03
9 Şərh     Baxış: 3 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Cinayət Məcəlləsinə dəyişiklik edilib. 

Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, dəyişikliyə əsasən, təcavüzkarların kimyəvi yolla xədim edilməsi nəzərdə tutulur. Dəyişiklik bu gündən etibarən qüvvəyə minib. 

Qanuna görə, xədim edilməsi prosesində istifadə olunan dərmanların pulunu Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Səhiyyə Nazirliyi ödəyəcək.

Qanunda edilən dəyişikliyə görə, cinsi təcavüzçülər şərti olaraq sərbəst qaldıqları halda aşağıdakılardan birinə və ya bir neçəsinə əməl etməli olacaqlar.

a)Tibbi müalicə ilə xədim ediləcək.

b) Müalicə məqsədli proqramlarda iştirak edəcəklər.

c) Zorakılığa məruz qalanın işlədiyi və yaşadığı bölgədə qalması qadağan olunacaq.

d) Zorakılığa məruz qalanın olduğu yerlərə yaxınlaşması qadağan ediləcək.

e) Uşaqlar olan yerlərdə işləməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.