Dünya

BP–nin mənfəəti azalıb

26 İyul 2016 23:56
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ikinci rübündə BP şirkətinin mənfəəti 720 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 45 faiz azdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə şirkətin cari ilin birinci yarısı ilə bağlı hesabatında məlumat verilir. İlin birinci rübündə isə şirkətin mənfəəti 532 milyon dollar olub.

Cari ilin birinci yarısında BP-nin əsaslı xərcləri 7,9 milyard dollar təşkil edib. İl ərzində şirkətin əsaslı xərclərinin ümumilikdə 17 milyard dollardan az olacağı gözlənilir. Bu ilin ikinci rübünün sonuna BP-nin borcu 30,9 milyard dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.