Dünya

4 diplomat XİN sistemindən qovuldu - YENİLƏNİB

26 İyul 2016 14:21
0 Şərh     Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:21

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan kütləvi təmizləmələrə Xarici İşlər Nazirliyi də qoşulub.

Milli.Az APA-ya istinadən bildirir ki, nazir Mövlud Çavuşoğlunun rəhbərliyi ilə aparılan araşdırmaların nəticəsində ilk olaraq səfir rütbəsinə malik 4 diplomat XİN sistemindən qovulub. Onların arasında Türkiyənin Kanadadakı sabiq səfiri Tuncay Babalı və keçmiş prezident Abdulla Gül ilə sabiq baş nazir Əhməd Davudoğlunun müşaviri olmuş Gürcan Balık da var. G.Balık Ə.Davudoğlu xarici işlər naziri olarkən onu ABŞ-da Fətullah Gülənlə görüşdürüb.
 
Səfirlərlə birlikdə 2-ci katib rütbəsində və daha aşağı səviyyəli onlarla diplomatın da sistemdən xaric edildiyi bildirilir. 

-----------

13:35

Türkiyədəki məlum hərbi çevriliş cəhdindən sonra işdən çıxarılma silsiləsinə diplomatlar da qoşulub. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin iki yüksək vəzifəli əməkdaşı Tuncay Babalı Gürcan Balık işdən çıxarılıb.

Bildirilir ki, G.Balık daha əvvəl xarici işlər naziri olmuş Ali Babacan Əhməd Davudoğlunun müşaviri olub. O, daha sonra, Əhməd Davudoğlu tərəfindən xüsusi nümayəndə vəzifəsinə irəli çəkilib.

Tuncay Babalı isə uzun müddət Xarici İşlər Nazirliyinin İnsan Qaynaqları Şöbəsinə rəhbərlik edib və daha sonra Kanadaya səfir göndərilib.

----------

13:28

Türkiyənin Kanadadakı səfiri Tuncay Babalı vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərar Fəthullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində qəbul edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.