Dünya

Hava limanı partladıldı: 13 ölü - YENİLƏNİB

26 İyul 2016 12:40
0 Şərh     Baxış: 4 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:40

Moqadişo aeroportunda baş vermiş partlayışda 13 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Report "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil Afrika Birliyinin sülhməramlı bazası yaxınlığında partladılıb.

Telekanalın məlumatına görə, terror hücumuna görə məsuliyyəti üzərinə "Əl-Şabab" terror qruplaşması götürüb.

----------

10:47

Somalinin paytaxtı Moqadişuda güclü partlayış olub.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, partlayış hava limanında baş verib. Hadisə şahidlərinin dediyinə görə, ərazidən atışma səsləri gəlir.

Bəxtiyar Umarlı 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.