Dünya

Qaz borusu partladıldı

26 İyul 2016 10:14
1 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın cənub-şərqindəki Akva İbom ştatında dövlətə aid təbii qaz boru xəttində partlayış olub.

Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, Nigeriya polisi partlayışın texniki səhvdən qaynaqlandığını desə də, təbii qaz boru xətlərinə hücumlar təşkil etməklə məşhur olan "Niger deltası İntikamcıları" adlı silahlı qrup hücumu boynuna götürüb.

Silahlı qrupun fevral ayından bu yana ölkənin cənubundakı Delta bölgəsində olan neft yataqlarına hücumlar təşkil etdiyi bildirilir.
Hücumlardan sonra Nigeriyanın gündəlik neft istehsalı 2016 -cı il büdcəsində nəzərdə tutulan gündəlik 2,2 milyon bareldən 1 milyon barelə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.