Dünya

Ən təhlükəli FETÖ-cü saxlanıldı

26 İyul 2016 09:55
0 Şərh     Baxış: 3 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyənin Mərmərə bölgəsinin Çetibeli ərazisində 15 iyul gecəsi prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd həyata keçirməyə çalışan ən təhlükəli qiyamçı ələ keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, baş gizir Zəkəriyə Quzu Fətullah Gülənin Türkiyədəki ən təhlükəli imamlarından hesab olunur.
 
Quzu ilə bərabər, daha 3 qiyamçı (Ömər Faruk Köçmən, Əbdülhəmid Gülər, Ərkan Çıkat) da bu gün keçirilən əməliyyat zamanı ələ keçirlib. Saxlanılan son 4 FETÖ-cünün əvvəllər İzmirin Çiğlədəki Hərbi Hava Qüvvələri Komandanlığında qulluq etdiyi öyrənilib.
 
Qeyd edək ki, qiyamçılardan Taner Bərbər, İlyas Yaşar və Gökhan Güclü daha əvvəl həbs edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.