Dünya

Almaniyaya miqrant axını yaradanlar məlum oldu

26 İyul 2016 09:46
0 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi dünya KİV-lərinin ərəb dilli versiyaları miqrantların Almaniyaya axınına əsas stimul verən qüvvədirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu nəticə "Alman radiosu"nun apardığı araşdırmadan sonra ortaya çıxıb. Araşdırma müəllifləri müxtəlif KİV-lərdə Almaniya haqqında yalan məlumatların yayıldığını və məhz bu məqalələrin sayəsində bir sıra miqrantların aldanaraq Avropaya üz tutduğunu bildiriblər.

Bu məqalələrdə Almaniyaya yeni gələn qaçqınlara 6 min avro verildiyi, sonra isə hər ay 670 avro ödənildiyi haqda yalan məlumat yer alıb. "Alman radiosu" xüsusilə "Əl Cəzirə", "Əl Ərəbiyə" və "Raşa Tudey" telekanalının bu işdə aktiv olduğunu söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.