Dünya

19 əlili öldürən adam: "Sizə nifrət edirəm" - YENİLƏNİB - VİDEO - FOTO

26 İyul 2016 12:04
3 Şərh     Baxış: 4 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:04

Yaponiyanın Samiqahara şəhərində əlillər evinə hücum çəkərək 19 nəfəri bıçaqlayaraq qətlə yetirən Satosi Uemasu psixi sapıntılardan əziyyət çəkən adamdır.

Milli.Az Kyodo-ya istinadən bildirir ki, S.Uemasu 19 nəfəri qətlə yetirib, 20 nəfəri ağır yaralayıb. Yaralılar Tokiodakı bir neçə hospitala yerləşdiriliblər.

S.Uemasu qırğından sonra polis idarəsinə yollanaraq cinayətini etiraf edib.

Onun fevral-mart aylarında psixiatrik klinikada müalicə olunduğu deyilir. Üstəlik, Uemasu narkomandır.

"Bu əlillərdən bezmişəm! Onların kökünü kəsmək gərəkdir!" deyən S.Uemasu fevral ayında Yaponiya parlamentinin aşağı palatasının spikerinə məktub yollayaraq "Mənə əlilləri öldürməyə icazə verin" yazmışdı.

Martın 2-də həkimlər onun müalicə olunduğunu hesab edərək S.Uemasını klinikadan evə buraxmışdılar.

----------

07:04

Yaponiyanın Saqamihara şəhərində qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə  güc strukturlarındakı mənbə bildirib.

Məlumata əsasən, məhdud imkanlı insanların yaşadığı pansionata hücum edərək onlarla insanları qətlə yetirən şəxs 26 yaşlı Satoşi Uematsu olub.

Mənbəyə görə, onun əvvəllər həmin müəssisədə işlədiyi müəyyənləşib. Hazırda hüquq-mühafizə orqanları qətlin motivini araşdırır.

Satoşi Uematsu məhdud fiziki imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücum edərək 19 nəfəri bıçaqlayaraq qətlə yetirib. Hadisə nəticəsində 20-si ağır olmaqla 45 insan xəsarət alıb.

* * *

Amerika Birləşmiş Ştatları Yaponiyaya başsağlığı verib

Bu barədə Trend ABŞ-ın milli təhlükəsizlik şurasının nümayəndəsi Neda Praysa istinadən xəbər verir.

Başsağlığında deyilir: "Amerika Birləşmiş Ştatları əlillər evinə hücumu nəticəsində Tokioda həlak olmuş insanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edir".

07:03

Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, cinayət törədən 26 yaşlı bir şəxs olub. Hadisədən yarım saat sonra özü polisə gəlib və təslim olub.

O bildirib ki, əvvəllər həmin internatda çalışıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yaponiyada qətliam: 19 nəfəri bıçaqladı - 1

Yaponiyada qətliam: 19 nəfəri bıçaqladı - 2

Yaponiyada qətliam: 19 nəfəri bıçaqladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.