Dünya

Türkiyə Səhiyyə nazirliyinin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

25 İyul 2016 20:34
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyə Səhiyyə nazirliyinin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Səhiyyə naziri Rəcəb Akdaq bəyan edib.
 
"Hazırda mənim şəxsi iştirakım ilə nazirlikdə xüsusi komissiya işini davam etdirir. İndiyədək nazirliyin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb", deyə R.Akdaq bildirib.
 
Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.