Dünya

Qiyamdan 1 gün əvvəl: generalların məxfi görüşü

25 İyul 2016 16:56
0 Şərh     Baxış: 2 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 generalın 15 iyul hərbi çevrilişə cəhdlə bağlı keçirdikləri görüşün bəzi detalları üzə çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, generallar iyulun 14-ü, saat 20:00-da mülki formalar geyinərək Hərbi Hava Məktəbində görüş keçirib. Görüş briqada generalı Göyxan Şahinin rəhbərliyi ilə baş tutub.
 
Hərbi Hava Məktəbinin komandanı Yusif Özdəmirin dünyanı silkələyən hadisədən bir gün əvvəl məktəbdəki bütün hərbçilərə içində 1 dollar olan sarı zərf payladığı da məlum olub.
 
Generallar görüşə qatılmaq üçün "Göyxan Şahinin qonağıyıq" şifrəsindən istifadə ediblər və onların məktəbə girişi qeyd olunmayıb.
 
Bundan başqa, məxfi görüşün keçirildiyi binada təhlükəsizlik kameralarının 3 ay əvvəl ləğv olunduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.