Dünya

Məşhur yazarın oğlu anasına qarşı çıxdı: "Sən xainsən!" - FOTO

25 İyul 2016 13:38
4 Şərh     Baxış: 2 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhdin uğursuzluqla başa çatmasından sonra qiyamçıların müəyyənləşdirilməsi ilə bağlı əməliyyatlar davam edir.
Milli.Az AHT-yə istinadən bildirir ki, 42 jurnalistin həbsinə qərar verilib. Onların 5 nəfəri artıq tutulub. Tutulan 7 media mənsubları arasında Nazlı Ilıcak da var.
N.Ilıcakın hazırda turizm zonası Muğla vilayəti ərazisində olduğu vurğulanır.

1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri - "Tərcüman" qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilmişdi.
N.Ilıcak Türkiyədə mövcud hakimiyyətə qarşı nifrəti, Fəthullah Gülənə sevgisi ilə məşhurdur.
"Məşhur jurnalist, demokrat insan" kimi tanınan N.Ilıcakun iyulun 15-də hərbi çevriliş cəhdindən sonra Twitter-dəki profilindəki bəzi paylaşımlarımı təqdim edirik:

"Millətimiz, gerçəkdən də, demokratiyaya bağlı olsaydı, islamçı souslu faşizm tör-töküntüsü bir rejimin ölkəni idarə etməsinə izn verməzdi", "Çevrilişin qarşısını xalqın küçələrə çıxması yox, ordunun komanda heyətinin qiyamçılara qatılmaması əngəllədi. Zatən xalq da bu durumu anlayandan sonra küçələrə çıxdı", "Çevrilişə qarşı çıxıb Rəcəb Tayyib Ərdoğanın yanında yer alanlar demokratiyanı qoruyanlar deyil. Çünki AKP demokratiyanı deyil, avtokratiyanı təmsil edir", "Nə hərbi, nə də sivil çevriliş! Hüququn üstünlüyü desəniz, yalnız o zaman demokratiya olar", "Bu oyunçuların, aktyorların nifrət və qəzəb açıqlamaları çevrilişə qarşı çıxanların heç də demokrat olmadıqlarını göstərir" və s.  
N.Ilıcakın bu tvitlərinə onun oğlu Mehmet Ali Ilıcak çox sərt cavab verib.

"Bu nə kin, ana?! Mənə uşaqlığımdan bəri öyrətdiyin bütün dəyərləri silirsən. Ölkədə çevrilişə cəhd oldu, Naslı Ilıcaksa nəm-nüm edir", - yazan Mehmet Ali daha sonra bu tvitləri paylaşıb: "Bu belə, o elə deyirsən. Yazıq! Bəhanə axtarsan, hər çevrilişə haqq qazandırmağa çalışılmadımı? Halbuki, qiyamçılara qarşı aslan kimi ən öndə sən olmalıydın, sən!", "Bu çevriliş prezidentimizin millətlə sıx, qırılmaz əlaqələri nəticəsində uğursuzluğa düçar oldu. Millət küçələrə çıxdı, tankların önünə yatdı. Qürur duy, anam, qürur!", "Sən xainsən, ana! Bunu anla və yanlışlığından əl çək, düz yola gəl!", "Hə, sənə daha bir söz deyim. Türkiyədə bundan sonra çevriliş olmayacaq. Millətin iradəsi qiyamçıları məğlub etdi. Sevinək, ana!"
Xatırladaq ki, N.Ilıcakla bahəm, 41 jurnalistin həbsinə qərar verilib.
Həmin jurnalistlərin siyahısı belədir:
Abdullah Abdulkadiroğlu
Abdullah Kiliç
Ahmet Dönmez
Ali Akkuş
Arda Akin
Nazli İlicak
Bayram Kaya
Bilal Şahin
Bülent Ceyhan
Bülent Mumay
Bünyamin Köseli
Cemal Azmi Kalyoncu
Cevheri Güven
Cihan Acar
Cuma Ulus
Emre Soncan
Ercan Gün
Erkan Akkuş
Ertuğrul Erbaş
Fatih Akalan
Fatih Yağmur
Habib Güler
Hanim Büşra Erdal
Haşim Söylemez
Hüseyin Aydin
İbrahim Balta
Kamil Maman
Kerim Gün
Levent Kenes
Mahmut Hazar
Mehmet Gündem
Metin Yikar
Muhammet Fatif Uğur
Mustafa Erkan Acar
Mürsel Genç
Selahattin Sevi
Seyit Kiliç
Turan Görüryilmaz
Ufuk Şanli
Ufuk Emin Köroğlu
Yakup Sağlam
Yakup Çetin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.