Dünya

Məşhur müğənni eyvandan yıxılaraq öldü

25 İyul 2016 09:41
3 Şərh     Baxış: 6 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin arabesk musiqi sənətçisi Hüseyn Altın evinin eyvanından yıxılaraq vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, dərhal çatdırıldığı Gaziosmanpaşa xəstəxanasında bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
 
1 aprel 1958-ci ildə Ərzurumda doğulan Hüseyn Altın Türkiyədə ilk uşaq sənətçi olaraq tanınıb.
 
"Neden saçların beyazlanmış arkadaş?", "Dargınım", "Hasret akşamları" adlı mahnıları ilə məşhurlaşmış ifaçı "Şerefimle yaşarım", "Hor görme garibi", "Aşk sürgünü", "Gecelerin adamı" və "Kadersizler" kimi  filmlərdə rol almışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.