Dünya

İki quldur dəstəsi arasında silahlı insident: ölənlər var

25 İyul 2016 09:19
1 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelada iki silahlı quldur dəstəsi arasında baş vermiş atışma zamanı 6 nəfər ölüb. 

Milli.Az report-a istinadən bildirir ki, "Universal" qəzetinin elektron versiyası xəbər verib.
Məlumata görə, həlak olanlardan 4-ü atışma baş verən zaman ərazidən keçən şəxslər olub, 2 nəfər isə quldur dəstəsinin üzvləri imiş.

Hadisə zamanı azı üç nəfərin yaralandığı bildirilir.
Bir qədər əvvəl ölkənin daxili işlər, ədliyyə və təhlükəsizlik naziri Qustavo Qonzales Lopes bildirib ki, bu ilin əvvəlindən təhlükəsizlik sahəsində Venesuelada vəziyyət 2015-ci illə müqayisədə xeyli yaxşılaşıb. Ötən il ərzində təxminən 160 quldur dəstələrini zərərsizləşdirmək mümkün olub. Əməliyyatlar zamanı 2,4 min nəfər həbs edilib və təxminən 1,5 min ədəd odlu silah müsadirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.