Dünya

Hulusi Akara Gülənlə danışmağı təklif edən generalın adı açıqlanıb

24 İyul 2016 17:24
0 Şərh     Baxış: 3 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 15-də hərbi çevrilişə cəhd zamanı girov götürülən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akara Fətullah Gülənlə telefonla danışmağı təklif edən şəxsin adı açıqlanıb.

APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, Baş Qərargah rəisinə F. Gülənlə danışmağı Baş Qərargahın Şəxsi Heyət Plan İdarəetmə İdarəsinin rəhbəri general Mehmet Partigöç təklif edib.
 
Qeyd edək ki,  ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  "France 24" telekanalına müsahibəsində deyib ki, Baş Qərargah rəisi girov götürənlər ona FETO terror təşkilatının lideri F. Gülənlə telefonla danışmağı təklif ediblər. Türkiyə prezidenti bu faktın da hərbi çevriliş cəhdinin arxasında F. Gülənin durduğunu göstərdiyini vurğulayıb.
 
Xatırladaq ki, general M. Partigöç hərbi çevriliş cəhdi zamanı zəbt edilmiş TRT telekanalında oxunan bəyanata "Yurdda Sülh Şurası"nın üzvü kimi imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.