Dünya

"Hərbi çevriliş təşkilatçılarının planlarının dərc edilməsi məsələsinə baxılır"

24 İyul 2016 14:43
0 Şərh     Baxış: 1 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hökuməti hərbi çevriliş təşkilatçılarının ölkədə dəyişikliklərə dair planlarının əks olunduğu sənədlərin dərc edilməsi məsələsini nəzərdən keçirir.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu CNBC telekanalına müsahibəsində Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib.
 
"Çevriliş təşkilatçılarının yeni Türkiyənin qurulmasına dair konkret planları olub. Onlar yüksək rəhbər heyətin tərkibində yer alacaq 400-dək yeni soyadların qeyd olunduğu sənədlər hazırlayıblar.  Onların hamısı hərbçidir... Bu qalın bir qovluqdur, oradakı sənədlərdə yeni rəhbərlik üçün təlimatlar öz əksini tapıb. Biz hazırda bu planı diqqətlə araşdırırıq, düşünürəm, onun bir hissəsi dərc olunacaq", - deyə Şimşek bildirib.    
 
Şimşəkin qeyd edib ki, Türkiyə hökumətinin çevriliş cəhdi ilə əlaqəli şəxslərə qarşı addımları gələcəkdə bu cür halların təkrarlanması ehtimalını sıfıra endirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.