Dünya

Başı kəsilən 12 yaşlı uşağın son arzusu - VİDEO - FOTO +21

23 İyul 2016 22:11
87 Şərh     Baxış: 32 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 yaşlı fələstinli oğlan onu tutan və edam etməyə hazırlaşan cəlladlara yalvarırdı. Amma onun yalvarışları eşidilmədi.
"Allahu əkbər!", "Təkbir!" bağıırtıları ilə 12 yaşlı uşağın başını kəsdilər.
Milli.Az Al Masdar News-a istinadən bildirir ki, tükürpədici vəhşət Suriyanın Hələb şəhərində baş verib. Özünü "Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşan müxalifətçi hərəkat" kimi təqdim edən "Nur əl Din əl Zəngi" qruplaşması fələstinli qaçqınların yaşadıqları "Həndarat" məhəlləsini ələ keçiriblər.
Döyüşlər zamanı 12 yaşlı uşaq tutulub.
"Nur əl Din əl Zəngi" qruplaşmasının mənsubları bu balaca oğlanın guya fələstinlilərin "Livaa əl Qüds" qruplaşmasının döyüşçüsü olduğunu deyiblər.
"Liva əl Qüds" Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qruplaşmadır.
Uşağın başını kəsən Mətin əbu Əhməd adlı terrorçu isə dünən Hələbdə öldürülüb. Onu "Həndarat"dan olan fələstinlilər güllələyiblər.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.