Dünya

İrəvan qiyamı: təslim olmaq istəmirlər

23 İyul 2016 20:14
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda Post-Patrul Xidməti Alayının binasını ələ keçirən silahlı qrup təslim olmaq niyyətində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə silahlı qrupun  üzvü Varujan Avetisyan bildirib.  
 
"Bizim qrupun təslim olmaq niyyətində olması barədə bütün xəbərlər yalandır. Biz yalnız aşağıdakı tələblərimiz yerinə yetirildikdə silahlarımızı yerə qoyacağıq: Serj Sarkisyanın istefası, heç bir halda hakim Respublika Partiyasının üzvlərinin tərkibində yer almayacağı müvəqqəti hökumətin formalaşdırılması və yeni seçkilərin keçirilməsi", - deyə Avetisyan bildirib.
 
Qeyd edək ki, bundan əvvəl silahlı qrup mətbuat nümayəndələri ilə görüş təşkil ediləcəyi təqdirdə girov götürdükləri polis əməkdaşlarını azad edəcəklərini vəd ediblər. Hökumət nümayəndələri ilə danışıqlardan sonra onlara jurnalistlərə görüşmək üçün şərait yaradılıb. Silahlılar girov saxladıqları sonuncu iki polis əməkdaşını azad ediblər.
 
Qeyd edək ki,  iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.
 
Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar  silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.