Dünya

İŞİD xəzərləri partlatdı: 80 ölü, 230 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

23 İyul 2016 20:06
11 Şərh     Baxış: 7 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:06

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, Əfqanıstan DİN-nin yaydığı məlumata görə, teraktda həlak olanların sayı 80 nəfərə, yaralıların sayı isə 230 nəfərə çatıb.

20:00

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində qanlı terror aktı törədilib.
"İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçuları şəhərdə etiraz aksiyası keçirənlərin çadır şəhərciyində partlayışı gerçəkləşdiriblər.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, partlayışda 62 nəfər həlak olub, 207 nəfər yaralanıb.
Tolo telekanalı bildirir ki, partlayış Kabilin mərkəzindəki Dar ül Əman sarayının yaxınlığında, "Deh Məzanq" yolayrıcında baş verib. Burada "Ruşnoi" hərəkatının çadırları quraşdırılmışdı.
Əfqanıstanda yaşayan və milli azlıq olan xəzərlərin "Ruşnoi" həərkatının üüzvləri Türkmənistandan Kabilə çəkilən yüksəkgərginlik elektrikötürmə xəttinin Bamiyan və Vardak əyalətlərinin ərazilərindən keçməsini tələb edirlər. Aksiya bu gün səhər saatlarıda başlanmışdı.
Əfqanıstan hökuməti sözügedən xəttin Salanq aşırımı və Pərvan vilayətindən keçməsinə qərar verib.
Partlayışın "canlı bomba" tərəfindən törədildiyi deyilir.
Əfqanıstanın mərkəzi əyalətlərində yaşayan xəzərlər ölkə əhalisinin 8-10 faizini təşkil edir.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.