Dünya

Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı - YENİLƏNİB

23 İyul 2016 16:57
0 Şərh     Baxış: 3 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:57

Əfqanıstan paytaxtında etiraz aksiyası zamanı baş vermiş partlayış nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

-----------

15:51

Kabulda baş vermiş partlayış nəticəsində ən azı 20 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hadisə zamanı onlarla insan xəsarət alıb.

"Tolo" telekanalının məlumatına əsasən, partlayış Dehmazanq rayonunda elektrikötürücü xəttin tikintisi ilə bağlı keçirilən etiraz aksiyası zamanı baş verib.

Partlayışın intiharçı tərəfindən törədildiyi iddia olunur.

Telekanal iki partlayışın baş verdiyi barədə xəbər yayıb, lakin bu məlumat təsdiqini tapmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.