Dünya

Niqablı İŞİD-çi kişilər yaxalandı - Sürməsiz gözləri onları "satıb" - VİDEO

23 İyul 2016 14:12
2 Şərh     Baxış: 4 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya-Türkiyə sərhədində qara qiyafədə olan "qadınlar qrupu" saxlanılıb. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, hadisə Manbica adlanan ərazidə qeydə alınıb. Saxlanılan şəxslərin, əslində, qadın paltarlı kişilər olduğu məlum olub. Araşdırmalar zamanı ənənəvi müsəlman geyimi niqabdan istifadə edərək maskalanmağa çalışan şəxslərin İŞİD terror qruplaşmasının üzvü olduğu üzə çıxıb. 

Terrorçuları bu addımı atmağa məcbur edən səbəb isə Manbicanın son zamanlar tamamilə mühasirəyə alınmasıdır. Təhlükə səbəbindən terrorçular maskalanaraq ərazini tərk etməyə cəhd ediblər. Lakin boyanmamış gözləri və formaya salınmamış qaşları onları ələ verib.

Xatırladaq ki, terrorçuların qaçmaq üçün qadın cildinə girməsi faktı ilk dəfə qeydə alınmır. Bundan öncə də onlarla terrorçu Aleppodan qaçmaq üçün don geyinmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.