Dünya

Maşın sahildəkiləri vurub dənizə düşdü, ölən və yaralananlar var - FOTO

22 İyul 2016 19:24
4 Şərh     Baxış: 8 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə çimərlikdə yol qəzası baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Quşadası turizm şəhərində qeydə alınıb. Sahildə idarəetməni itirən sürücü minik maşınını dincələn vətəndaşların üstünə sürüb. Daha sonra isə maşın yüksək sürətlə dənizə girib. 84 yaşlı sürücünün avtomobili dənizdə batıb.

Yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 yaşlı uşaq da daxil olmaqla 4 nəfər yaralanıb. Xilasetmə qüvvələri maşının dənizdən çıxarılması istiqamətində iş aparırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.