Dünya

Binali Yıldırım: “Konstitusiyaya cüzi dəyişikliklər ediləcək”

26 İyul 2016 07:32
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hökuməti siyasi partiyalarla birgə ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üzərində işləyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.
 
"Dövlət başçısının siyasi partiyaların liderləri ilə görüşündə Konstitusiyaya cüzi dəyişikliklər edilməsinə dair qənaətə gəlinib. Bu dəyişikliyin əsaslarını hazırlamaq üçün siyasi partiyalarla birgə çalışacağıq", deyə baş nazir bildirib
 
Qeyd edək ki, iyulun 25-də Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüşüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.