Dünya

Limanda 2,5 ton kokain aşkarlandı

2 İyul 2016 09:17
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın hüquq-mühafizə orqanları bu ölkənin Konstanta limanında gəmilərin birinin göyərtəsindəki 4 konteynerdə 2,5 ton narkotik maddə - kokain aşkar edib.

Milli.Az report-a istinadən bildirir ki, Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DİİCOT) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan narkotik maddənin 50 bağlaması müvafiq ekspertizanın aparılması üçün idarənin baş ofisinə gətirilib. 

DİİCOT-un məlumatına görə, artıq hadisə ilə bağlı Rumıniyada 5, İspaniyada isə 1 nəfər saxlanılıb.

Qeyd edək ki, narkotik maddə Cənubi Amerikadan, xüsusilə Kolumbiyadan Rumıniyaya gətirlib və onların bu ölkədən tranzit yolu ilə Hollandiya və digər Avropa ölkələrinə aparılması nəzərdə tutulurdu. 
Müsadirə edilən narkotik maddə qara bazarda 600 milyon dollar dəyərində qiymətləndirilir. Rumıniyanın daxili işlər naziri Petre Toba İnterpolun baş katibi Jurgen Stockla görüşüb və keçirilən uğurlu əməliyyat barədə ona ətraflı məlumat verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.